!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid Hikmətin dostlarından SON XAHİŞİ: “Bunu ata-anam bilməsin” - VİDEO

!Reklam – Yazi

Tanınmış jurnalist Sara Safuranın təqdimatında “Zəfər yolu” adlı layihənin növbəti buraxılışı Vətən müharibəsində şəhid olan Qasımov Hikmət Vidadi oğluna həsr olunub.

Yenicag.az xəbər verir ki, çəkiliş şəhidin doğulub boya-başa çatdığı Şabran rayon Çölquşçu kəndindəki evlərində baş tutub. Tanınmış müğənni Şahin İsmayolov də şəhid ailəsini ziyarət edib.

Atası Vidadi və anası Kamilə xanım şəhid övladları ildə bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Hikmət Tovuz hadisələrindən sonra könüllü olaraq  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şabran rayon bölməsinə gedib və Qarabağ uğrunda döyüşməyə hazır olduğunu bildirib.

Müharibənin ilk günü bütün könüllülər kimi Hikmət də Vətənin müdafiəsinə qalxıb. O, Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə rəşadət və qəhrəmanlıq göstərib. Füzulidə erməni kəşfiyyatçılarının məhv edilməsində yaxından iştirak edən Hikmət Qubadlı uğrunda əkshücum əməliyyatlarında əsl qəhrəman kimi döyüşüb. 28 sentyabrdan 24 oktyabra qədər şərəfli ömür yolu keçən Hikmət Vidadi oğlu Qubadlının azad olunmasına 10 saat qalmış əbədiyyətə qovuşub və şəhidlik zirvəsinə yüksəlib.

O, Prezidentin sərəncamı ilə “Vətən uğrunda” və “Füzulinin azad olumasına görə” medalları ilə təltif edilib.

Videonu təqdim edirik:

Sara Safura
Cəvahir
Gündüz

www.yenicag.az

497
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv