!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid oğlunun məzarını ziyarət edən ananı soyan şəxs saxlanıldı

!Reklam – Yazi

Mingəçevir şəhərində yerləşən Şəhidlər xiyabanından iki şəhid övladının məzarlarını ziyarətə gələn ananın mobil telefonunun və pulqabısının naməlum şəxs tərəfindən oğurlanması barədə polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu törədən şəxsin əvvəllər də bir neçə dəfə məhkum olunmuş, şəhər sakini Vüsal Mahmudov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb və üzərində şəxsi axtarış keçirilən zaman külli miqdarda narkotik vasitə-heroin aşkarlanaraq götürülüb.

Araşdırma zamanı V.Mahmudovun oğurluğu törətdikdən sonra mobil telefonu şəhər ərazisində yerləşən yarımtikilidə gizlətdiyi, pulqabını isə küçəyə atdığı məlum olub.

Davam etdirilən tədbirlərlə həmin əşyalar da maddi sübut kimi götürülüb.

Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, V.Mahmudovun ətrafında zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.yenicag.az

370
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv