!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid Səbuhi Əhmədovun qardaşının kredit borcları bağlandı

!Reklam – Yazi

Bu ilin sentyabr döyüşlərində şəhid olan gizir Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun adına olan kredit borcları bağlanıb.

Bu barədə Yenicag.az-a YAŞAT Fondundan məlumat verilib.

Bildirilib ki, Sənan Əhmədovun adına olan 2 fərqli kredit ödənilib: “SOS” uşaq kəndində böyüyən şəhidimiz Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun “YAŞAT” Fonduna daxil olan müraciətinə əsasən, 2022-ci ilin 10 oktyabr tarixində banklardan birinə olan 3891.32 AZN dəyərində borcu Fond tərəfindən qarşılanıb. Fondun təşəbbüsü əsasında mağazalardan birinə olan 465.99 AZN borcu isə adıçəkilən müəssisə tərəfindən tam şəkildə bağlanıb”.

Xatırladaq ki, Sənan Əhmədov ölümündən əvvəl qardaşının orduda xidmət yerini dəyişmək üçün ondan rüşvət istənilməsi haqda iddiası, daha sonra isə şəhid qardaşı kimi ona dövlət tərəfindən mənzil verilməməsi məsələsi ilə gündəmə gəlmişdi.

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv