Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Şəhid Təbriz Musazadənin xanımı soyadını dəyişdirdi: “Artıq atamın soyadındayam”

Aprel şəhidi Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə şəhidin anası Tovuz Əliyevanın ona yönəlik ittihamlarından sonra mərhum həyat yoldaşının soyadından imtina edib.

Bu barədə Yenicag.az-a məlumat verən Pərişan Musazadə artıq rəsmən atasının soyadına keçdiyini bildirib:

“Artıq Musazadə deyiləm, oglunuzun evi, maşını, torpağı kimi soyadını da sizə verdim. Hər kəs bundan sonra öz yoluna…

Mənim qeyrətimi, namusumu müzakirə edənlərə isə sözüm odur ki, atam, əmilərim, dayılarım ölməyib, ərə gedəm, onların da xəbəri olmasın. Bundan sonra da nə baş verərsə, hər zaman yanımdadırlar. Nə qədər ki, onlar sağdır, onların yerinə heç kim mənə vəkillik edə bilməz, hələ Təbrizin xalasının qaynının oğlu, nə bilim, dayısının kürəkəni, bacısının əri heç edə bilməz.

Mən yerdən çıxmamışam ki özbaşına evlənəm, ya da evimə adam gətirəm. Mənim hesabat verəcəyim iki oğlum və valideynlərim, arxam var”.

Pərişan Musazadə mərhum həyat yoldaşının ailə üzvlərinin ona qarşı ittihamlarından sonra yenidən atasının soyadını – Əsədova soyadını daşıyacaq:

“Bəzən deyirlər ki, qadınlar niyə intihar edirlər? Bax, bu səbəblərdən. Hər kəs bilib-bilmədən olmazın sözünü deyir. Mən əxlaqsız, evimə də kimisə gətirəcək qədər şərəfsiz deyiləm.

Özlərindən, ailələrindən xəbərləri olmayanlar, haqqımda hər şey deyirlər. Bu cəmiyyətdə çoxları qurşaqdan aşağı zərbə vurur. Bu qədər problemlər qala-qala, olmayan məsələnin üzərinə gedirlər.

Mən onsuz da, Təbriz Musazadəyə görə heç bir imtiyaz almırdım. Yalnız övladları onun pensiyasını alırlar. Fəaliyyətimi bundan sonra da davam etdirəcəm. Mənim adımı da Təbrizin adı ilə bir tutmasınlar, Şəhidimin ruhunu rahat buraxsınlar. Bu günə qədər heç bir məsələdə Təbrizin adından istifadə etməmişəm, bundan sonra da etməyəcəm.

Soyadımı dəyişdirdim, artıq atamın soyadındayam, təbrik edirəm sizi, Təbrizdən sonra onun yoldaşını da “öldürməyi” bacardınız”.

Xatırladaq, Təbriz Musazadənin anası Tovuz Əliyeva Pərişan Musazadəni onun oğlunun adından şəxsi maraqları üçün yararlanmaqda və başqa biri ilə gizli ailə qurmaqda ittiham edib.

Səxavət Məmməd

www.yenicag.az

5392
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM