!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid Vidadi Zalov dəfn olundu - YENİLƏNDİ

!Reklam – Yazi

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalovun cənazəsi Saray qəbiristanlığına gətirilib.

Yenicag.az xəbər verir ki, şəhidimizin cənazə namazı qılınıb.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

Şəhidimiz Vidadi Zalovun nəşi torpağa tapşırılıb.

***

Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalovun cənazəsi yaşadığı evə gətirilib.

Yenicag.az xəbər verir ki, şəhidlə vida mərasimi Saray qəsəbəsində yaşadığı evdə keçirilir.

Vida mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Müdafiə Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.

Şəhidimiz ailəsinin istəyinə uyğun olaraq, V.Zalov Sarayda Şəhidlər qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Vidadi Nizami oğlu Zalov, Elşad Qabil oğlu Həsənov və Səbuhi Gündüz oğlu Tağıyev şəhid olublar.

 

www.yenicag.az

315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv