!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid xanımının FƏRYADI: “Şikayətimizə baxılmır, prezidentə müraciət edəcəm” – MƏMUR ÖZBAŞINALIĞI

!Reklam – Yazi

Vətən müharibəsi şəhidi, mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva “Facebook” sosial şəbəkəsində dövlət qurumlarının onlara qarşı olunan laqeydliyindən şikayətlənib.

Yenicag.az Aygün Babayevanın öz sosial şəbəkə hesabında dərc etdiyi yazını oxuculara təqdim edir:

“Əgər mən bu gün uşaqlarım üçün təkbaşıma mübarizə aparacaqdımsa, niyə həyat yoldaşım hamı üçün canından keçdi?

Rahib şəhid olanda Əli 1 yaş 8 aylıq idi. Heç danışa bilmirdi. Böyüdükcə gözünün birinin görmədiyini öyrəndim.

Bu gün Əli üçün döydüyüm dövlət qapıları bizim üzümüzə bağlanacaqdısa, niyə mənim körpəm atasız qaldı? Siz şəhid övladlarına bu cürmü dəstək olursunuz?

Ən çox bu körpə uşaqların yaxşı məktəblərdə, bağçalarda oxumaq haqqı var. Axı həyat yoldaşım bizi dövlətə əmanət edib.

Biz bu qədər kasıb dövlətdə yaşayırıq ki, bir uşağın təhsil haqqını qarşılaya bilmirlər? Axı ən önəmli, vacib təhsil idi. İndi nə oldu? Hələ bir il keçib, uşaqların atası geri qayıtdı ki, baxmırsınız?

Artıq buradan dövlət başçısına müraciət edirəm. Çünki məktublarımıza baxılmır. Qəbullarda da bizi yola verirlər. İş istəyirik, vermirlər, ev istəyirik, vermirlər.

Uşağımı bağçaya yazdırmışam, ödənişini heç bir dövlət qurumu həll etmir. Nə edək indi biz?”.

Nəsimi Ələsgərli

www.yenicag.az

489
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv