!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəhid Xudayar Yusifzadəyə həsr olunmuş filmin təqdimatı baş tutdu - FOTO

!Reklam – Yazi

18 avqust Sərhəd Qoşunlarının yaranmasının ildöünmü münasibətilə Dövlət Sərhəd Xidmətinin giziri, Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin xatirəsinə həsr olunmuş Zahir Əsədovun ekranlaşdırdığı “Dastana dönən Şəhid” filminin təqdimatı olub.

Yenicag.az xəbər verir ki, tədbir şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad edərək dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Lahiyə rəhbəri Günel Əliqızı sayca şəhidlərə ithaf olunmuş 8-ci filmin təqdimatını keçirməyin qüruru ilə yanaşı, şəhidlərin ruhu qarşısında bir məsuliyyət hiss etdiyini vurğulayıb.

Xudayar Yusifzadənin anası şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyev və Mehriban Əliyevaya, bütün yaradıcı heyətə təşəkkür edib. Günel Əliqızı bundan sonra da film çəkilişlərinin davam edəcəyini bildirib.

Qeyd edək ki, filmin ssenari müəllifi Şöhrət Eyvazov, bəstəkarı Elçin Atayevdir.

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv