Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəhidimizin atası Ağstafa rayon Ağsaqqallar Şurasına yeni sədr seçildi

YAP Ağstafa Rayon Təşkilatının inzibati binasının akt zalında Ağsaqqallar Şurasının iclası keçirilib.

Yenicag.az xəbır verir ki, iclasda Ağstafa RİH başçısı Seymur Orucov, Azərbaycan Respublikası  Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və şura üzvləri iştirak edib.Tədbir iştirakçıları öncə Heydər Əliyev Mərkəzinin önündə ümummilli liderimizin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. İclas Vətən müharibəsi şəhidlərimizin əziz xatirsəninin bir dəqiqəlik sükütla yad edilməsi ilə başlayıb. Gündəlikdə Ağstafa Rayon Ağsaqqallar Şurasının Əsasnaməsinin qəbul edilməsi, yeni sədrin, İdarə Heyətinin, və Təftiş Komissiyasının seçilməsi, eləcə də cari məsələlər durub. Aparılan geniş müzakirələrdən sonra şura üzvləri arasında səsverməyə əsasən gündəlikdə duran məsələlər yekdilliklə qəbul edilib, o cümlədən namizədlərdən Hüseynov Hüseyn Əziz oğlu şuraya yeni sədr sədr seçilib.

Hüseynov Hüseyn Əziz oğlu 1947-ci ildə Ağstafanın Göycəli kəndində anadan olub. Üç övladı var. Bir oğlu Şahlar Hüseynov birinci Qarabağ döyüşlərində vətən uğrunda şəhid olub. H.hüseynov rayonun ictimai-siyasi həyatında, respublika və rayon miqyasında təşkil olunan mədəni-kütləvi tədbirlərin daim fəal iştirakçılarından olub. Musiqi mədəniyyətimizin ən qədim sahələrindən biri olan aşıq sənətinin inkişafında və gələcək nəsillərə ötürülməsində böyük xidmətləri vardır.

Loading...

www.yenicag.az

170
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100