Şəhidlərimizin tanıtımı ilə bağlı tədbir keçirildi – FOTO

Saatlı Rayonunun Fətəlikənd kəndində rayon ziyalılarınının, şəhid ailələrinin və gənclərin iştirakı ilə tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə Azərbaycanda yaşayan Axısxa Türkləri “Vətən” İctimai Birliyi tərəfindən icra edilən “Axısxalı Şəhidlərin cəmiyyətə tanıdılması istiqamətində tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.