!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhiyyə sistemində düzəlməyən DİSBALANS: “Regionlarda həkim çatışmazlığını aradan qaldırmaq üçün...”

!Reklam – Yazi

“Optimal mexanizmin tətbiq olunması tibb kadrlarının xarici ölkələrə axınının qarşısının alınmasında mühüm rol oynaya bilər”.

Bu fikirləri bölgələrdə ixtisaslı həkim çatışmazlığı probleminin səbəbləri və onun aradan qaldırılmasının mümkün yolları haqda danışan Milli Məclisin deputatı Müşfiq Məmmədli Yenicag.az-a açıqlamasında deyib.Millət vəkilinin sözlərinə görə, tibb sahəsi üzrə ixtisaslı kadrların daha çox özəl sektorda çalışmağa üstünlük vermələri və ya xarici ölkələrdə fəaliyyət göstərməyə can atmaları regionlarda həkim çatışmazlığına səbəb olur:

“Parlamentin Səhiyyə komitəsinin üzvü kimi, seçicilərin bizə ünvanlanan müraciətlərinə əsasən, bölgələrdə həkim çatışmazlığı probleminin aktuallaşmasının şahidi oluruq.

Bunun bir neçə səbəbi var və onların ən əsası tibb üzrə yetişmiş mütəxəssislərin xarici ölkələrə axınıdır. Eyni zamanda, tibb sahəsində özəl sektorun daha sürətli inkişafı kadrların dövlət səhiyyə müəssisələrindən özəl sektora yönəlmələrini şərtləndirir.

Bütün bu amillər səhiyyə sahəsində kadr çatışmazlığına gətirib çıxarır. Bazar münasibətlərinin dərinləşdiyi şəraitdə özəl sektorda daha çox qazanmaq imkanlarının mövcudluğu əhalinin daha sıx məskunlaşdığı bölgələrdə və digər regionlarda həkim çatışmazlığına gətirib çıxarır.

Əlbəttə, aparılan islahatlar, regionlarda müasir avadanlıqlarla təchiz olunmuş yeni xəstəxana və poliklinikaların istifadəyə verilməsi, milli səhiyyənin inkişafı üçün zəruri şəraitin yaradılması müsbət nəticələr verməkdədir. Bölgələrdə həkim çatışmazlığını aradan qaldırmaq üçün müəyyən addımların atılması vacibdir.

İlk növbədə rezidentura təhsili alan kadrların regionlarda fəaliyyət göstərmələrinə imkan yaradılmalı, onların maaşlarını İcbari Tibbi Sığorta və TƏBİB sistemində çalışan mütəxəssislərin maaşları ilə uyğunlaşdırmaq lazımdır.

Bu mexanizmin tətbiq olunması tibb kadrlarının xarici ölkələrə axınının qarşısının alınmasında mühüm rol oynaya bilər. Həmçinin aparıcı klinikalardan, Bakı, Sumqayıt və Gəncədə fəaliyyət göstərən həkimlərin iştirakı ilə regionlarda səyyar tibbi xidmətlərin təşkil olunması, aylıq ezamiyyətlərin təşkil edilməsi də problemin həllinə müsbət təsir göstərər”.

Nuray Məmmədzadə

www.yenicag.az

2230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv