!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhiyyə xərcləri 11 faizdən çox artırılır

!Reklam – Yazi

2023-cü il dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılan vəsait açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Sənəddə bildirilib ki, səhiyyə sahəsinə 1 906 389 453, 0 manat vəsait ayrılması proqnozlaşdırılır.

Bu, 2022-ci illə müqayisədə 11,5 faiz çoxdur. Keçən il səhiyyə xərcləri üçün 1 708 797 316 manat vəsait ayrılıb.

Bu vəsaitin 1 802 885,0 manatı poliklinikalar və ambulatoriyalara, 171 384 285, 0 manatı xəstəxanalara, 2 517 963, 0 manatı səhiyyə sahəsində tədqiqatlara, 1 730 684 320,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, o cümlədən icbari tibbi sığorta fonduna (1 263 820 170,0 manat) ayrılacaq.

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv