!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səhiyyədə şəffaflığını artıran ELEKTRON RESEPTLƏR: “Qeydiyyat aparılmalı və klinik protokollara...”

!Reklam – Yazi

“Dərmanların dövriyyəsi prosesində elektron reseptlər vasitəsilə qeydiyyat aparılmalı və klinik protokollara nəzarət edilməlidir”.

Bu fikirləri icbari tibbi sığorta ilə bağlı yeni qərara uyğun olaraq bəzi dərmanların pulsuz verilməsi prosesində diqqət yetirilməli məqamlara toxunan professor Adil Qeybulla Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu məsələdə sui-istifadə hallarına yol verilməməsi üçün kilinik protokollar mütləq nəzarət altında olmalıdır:

“İcbari tibbi sığorta prosesində stasionar şəraitdə müalicə alan şəxslərin dərmanları da tibbi sığorta zərfinə daxildir. Eyni zamanda, ambulator müalicələri davam edən şəxslər üçün bəzi dərmanların da icbari tibbi sığorta zərfinə daxil edilməsi gözlənilir.

Bunların hamısı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar sırasındadır. Bütün yazılan dərmanların həm stasionar, həm də ambulator şəraitdə klinik protokollara uyğun olub-olmaması nəzarətdə saxlanılmalıdır.

Dərmanların istehlakı ilə bağlı dəqiq statistika ortada olmalıdır. Yəni icbari sığorta zərfində dərmanların dövriyyəsində elektron reseptlər vasitəsilə qeydiyyat aparılmalı və klinik protokollara nəzarət edilməlidir”.

Nuray Məmmədzadə

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv