!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Səhliyalı” şirkətindən xeyriyyə aksiyası: Şəhid və qazi ailələrinə bayram sovqatı

!Reklam – Yazi

“Səhliyalı” şirkəti ənənəvi xeyriyyə aksiyasını Novruz bayramı ərəfəsində də davam etdirib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, bu dəfəki aksiyada müəssisənin əməkdaşları 100-dən çox şəhid və qazi ailəsi ilə görüşüblər və onlara ərzaq və puldan ibarət bayram sovqatı çatdırıblar. Məqsəd 44 günlük Vətən Müharibəsi ərzində canını ortaya qoyaraq torpaqlarımızın ərazi bütövlüyünü təmin edən şəxslər və ailə üzvlərinə dəstək olmaqdır. Şəhid və qazi ailələri aksiyanı müsbət dəyərləndirib, şirkət rəhbərliyinə və əməkdaşlarına təşəkkür ediblər.

Qeyd edək ki, “Səhliyalı” şirkəti bir neçə gün əvvəl də Qarabağ döyüşlərinin qazisi, 2-ci qrup əlil Bayramov İlkin Aydın oğlunun dünyaya gələn övladının xəstəxana xərclərini qarşılamışdı.

www.yenicag.az

759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv