!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səhnədə əzəmətli, çəkiliş meydançasında möhtəşəm, həyatda mərd Həsən Turabov... – Cəvahir Nehru yazır

!Reklam – Yazi

Ailəsinə, övladlarına həddən artıq bağlı insan idi. Aktyor kimi bənzərsiz olduğu qədər, ata kimi də əvəzsiz idi… Bəlkə daha çox yaşacayaqdı, daha çox obraza həyat verəcəkdi. Amma canından çox sevdiyi oğlu Daşqının ölümü qəddini bükdü, işıqlı ömrünü bir anın içində qatı zülmətə çevirdi.

Oğlunun xatirələri ilə ovunmağa çalışdı, hər gün onun şəklinə baxa-baxa həyatda tutunmağa ümid etdi. Övladının qəfil və faciəli ölümündən sarsılan aktyor bu dərdin ürəyində yaratdığı xəstəliyə yalnız beş il davam gətirə bildi. Oğul itkisi, oğul dərdi o qədər ağır idi ki, bundan artıq yaşamağa nə taqəti qaldı, nə də həvəsi…

Bu gün Azərbaycan kinosu və teatrının möhtəşəm siması, Xalq artisti, sözün əsl mənasında müqtədir sənətkar Həsən Turabovun bu gün xatirə günüdür. Bütün rollarını elə oynamışdı ki, hamı onu yaratdığı obrazların adı ilə çağırırdı. “Yeddi oğul istərəm” filmindən sonra hamı onu Gəray bəy kimi tanımağa və sevməyə başladı.

Elə xaraktercə də canlandırdığı bu obrazla oxşar idi. Heç kimin qarşısında əyilməyən, mərd, qürurlu, dürüst insan, sözünün kəsəri olan, özünə, sənətinə hər zaman hörmət etməyi bacaran əsl şəxsiyyət idi. Digər obrazları da belə idi. Həsən Turabov üçün teatr da kino qədər əziz idi. Səhnəni də sevirdi, çəkiliş meydançasını da…

Mənfi rolları o qədər ustalıqla oynayırdı ki, müsbət rollarını sevdirə bildiyi kimi, mənfi obrazlarına da tamaşaçıda nifrət hissi yaratmağı bacarırdı. Bu da onun aktyorluq məharətinin son dərəcə yüksək olmasından xəbər verirdi. Ömrünün son günlərini kinodan və teatrdan ayrı qalsa da, ürəyi sənətlə döyünürdü. Yeni obrazlara can vermək, yenidən tamaşaçı sevgisi ilə ovunmaq. səhnə, çəkiliş meydanşasında dərdini bir neçə saatlıq da olsa, unutmaq istəyirdi…

Amma ürəyi ona əl vermirdi. Xəstəlikdən çox onu içindən yeyən dərdlə üzülən Turabov sanki özü ilə bacarmırdı, bütün varlığı ilə oğlunun, sevimli Daşqınının görüşünə tələsirdi. Onun üçün çox darıxırdı. Ruhən də ölümünə hazır idi, əcəlini hər an səbirsizliklə gözləyirdi. Hətta vəfatından bir həftə öncə həyat yoldaşına vəsiyyətini də etmişdi: “Ölsəm, məni Daşqının yanında basdırın”.

Onun Fəxri Xiyabanda dəfn olunması üçün dövlət tərəfindən yer ayrılsa da, övladını o biri dünyada tək qoymaq istəməyən atanın son arzusu və son vəsiyyəti yerinə yetirildi. Amma gedən aktyorun cismi idi. Həsən Turabov bu gün yaratdığı obrazlarla ömrünün davamını yaşayır. İşıqlı, parlaq, mənalı və sevgidolu davamını…

Cəvahir

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv