!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şəhriyar Məmmədyarov Məmmədova qalib gəldi - Ananda uduzdu

!Reklam – Yazi

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutub.

Yenicag.az xəbər verir ki, IV turda Azərbaycan təmsilçiləri – Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gəliblər. İlk 2 partiyada heç-heçə qeydə alındığından armageddon oynanılıb. Burada daha güclü olan Məmmədyarov yekunda 2:1 hesablı qələbə qazanıb.

Bu turda digər Azərbaycan şahmatçısı Vüqar Əsədli isə macarıstanlı Riçard Rapport ilə qarşılaşıb. Əsədli ilk partiyada sülh bağlasa da, növbəti dueldən məğlub ayrılıb.

V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla üz-üzə gəlib. İlk iki görüşdə qalib müəyyənləşməyib və bu dəfə Məmmədayarovun özü armageddonda uduzub. Əsədli isə çexiyalı David Navara ilə bacarmayıb – 0:2.

 

 

www.yenicag.az

467
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv