!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şəhriyar Məmmədyarov nüfuzlu turnirdə ikinci oldu

!Reklam – Yazi

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən “Tata Steel Chess” turnirində sonuncu – XIII turun görüşünü keçirib.

Yenicag.az xəbər verir ki, 37 yaşlı qrossmeyster ABŞ-dan olan Fabiano Karuana ilə üz-üzə gəlib.

Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə heç-heçəyə razılaşıb. Bu nəticədən sonra xallarını 8-ə çatdıran Azərbaycan təmsilçisi yarışı ikinci pillədə başa vurub.

8 xal toplayan macarıstanlı şahmatçı Rixard Rapport üçüncü, 9,5 xala malik norveçli dünya çempionu Maqnus Karlsen isə çempion olub.

 

 

 

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv