!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şəhriyar Məmmədyarov polşalı şahmatçı ilə qarşılaşacaq

!Reklam – Yazi

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

Yenicag.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın dördüncü turunda polşalı Yan-Kşiştof Duda ilə üz-üzə gələcək.

Məmmədyarov ilk iki turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya və kanadalı Erik Hansenə uduzub.

Təcrübəli şahmatçı hazırda 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. Ondan əvvəlki sıralarda yer alan niderlandlı Yorden van Forrest, Hansen və Kuanq Lye də eyni xalı toplayıb. Duda isə 5 xalla 3-cü yerdədir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv