!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şəhriyardan boşanma ilə bağlı AÇIQLAMA: “Ömrümün sonuna qədər Oksana ilə…”

!Reklam – Yazi

“Biz Oksana ilə dostuq və ömrümüzün sonuna qədər də dost olaraq qalacağıq”.

Bunu tanınmış aktyor və aparıcı Şəhriyar Əbilov Oksana Rəsulova ilə boşanma xəbərinə münasibət bildirərkən Yenicag.az-a açıqlamasında deyib.

O bu barədə geniş danışmaq istəmədiyini bildirib:

“Bu, şəxsi məsələdir, bu barədə danışmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, bizim dostluq münsibətlərimiz hər zaman davam edəcək. Bir övladımız var və mən də, Oksana da ömrümüzün sonuna qədər oğlumuzun yanındayıq”.

Qeyd edək ki, boşanma xəbərini ilk olaraq Oksana Rəsulova sosial şəbəkə hesabında yayıb. Oksana Şəhriyarla evliliyə bir il əvvəl son verdiyini açıqayıb.

Cütlüyün Osman adlı bir övladı var.

Cəvahir

www.yenicag.az

879
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv