!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Şəhriyardan SƏRT ETİRAZ: “Elə insanlardan iyrənirəm”

!Reklam – Yazi

“Mən “TikTok”da 90 faiz kontent yaradan insanlardan iyrənirəm”.

Bunu tanınmış aktyor və aparıcı Şəhriyar Əbilov Yenicag.az-a açıqlamasında deyib.

O, qazanc götürmək məqsədi ilə iyrənc yollara əl ataraq “TikTok”dan istifadə edən istifadəçilər barəsində sərt fikirlər səsləndirib:

“TikTok” çoxları üçün yaxşı bir şansdır. Ona görə də yaxşı olardı ki, insanlar həm özlərini və həm də ətrafdakıları düşünsünlər. Hər şey puldan ibarət deyil. Maariflənmiş, savadlı, dünyagörüşlü, əxlaqlıdır, özünə hörmət edirsə, yaxşı nələrsə edəcək. Yox əgər savadsız, danışığını bilməyən, küçədən keçənin biridirsə, yalnız pulu fiikrləşirsə, o, hər şeyə əl atacaq. “TikTok”da pul qazanmaq olar, amma qazanc məqsədi ilə bütün vasitələrdən istifadə edib iyrəncliyə əl atılırsa, sözsüz ki, gənclərə, cəmiyyətə mənfi təsirini göstərəcək.

Mən 90 faiz “TikTok”da kontent yaradan insanlardan iyrənirəm. Amma 10 faiz var ki, çox maraqlı ünsiyyət yaradırlar. Hətta oyun keçirəndə belə maraqlı görünürlər. Belə insanlar azdır.

“TikTok”da ağıllı insanlar da var ki, yaxşı pul qazanıb, uğurlu proyektlər qururlar. Təəssüf ki, “TikTok” platformasının Azərbaycan tərəfində çirkab çoxdur”.

Cəvahir

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv