!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səidədən illər sonra ETİRAF: “Buna görə atamı çox qısqanırdım, istəmirdim ki...”

!Reklam – Yazi

“Əvvəllər buna görə atamı çox qısqanırdım. İstəmirdim onun sözlərinə yazılmış mahnıları məndən başqa kimsə oxusun…”

Yenicag.az xəbər verir ki, bunu mərhum xalq artisti, tanınmış aktyor Raafel Dadaşovun müğənni qızı Səidə Dadaşova açıqlamasında deyib.

O, atasının müğənnilərə böyük sərvət qoyub getdiyini bildirib:

“Atam o müğənnilərə çox böyük sərvət qoyub getdi. İndi də məşhur müğənnilər atamın sözlərinə yazılmış o mahnıları oxuyurlar. İlhamə Quliyeva, Faiq Ağayev, Manana və digər tananmış sənətkarlar atamın sözlərinə yazılmış silsilə mahnıları ifa ediblər.

Əvvəllər, yəni 15, 16, 17 yaşlarımda bu mənə çox qəribə gəlirdi. Buna görə atamı çox qısqanırdım. İstəmirdim o mahnıları məndən başqa kimsə ifa etsin. Çünki çox eqoist idim, elə bilirdim o mahnıların hamısı mənə məxsus olmalıdır. Elə indi də eqoistəm, ailə qurandan sonra biraz dəyişmişəm. Amma sonradan baxb gördüm ki, bu elə bir dalğadır ki, onun qarşısını almaq mümkün deyil. Həm də get-gedə anladım ki, düzgün düşünmürəm, mənim atam yalnız mənə deyil, bütün xalqa məxsusdur. Amma yenə də deyirəm, atamın sözlərinin mahnılara çevrilməsi ideyası məndən gəldi. Dedim ki, ata, bu cür sərvət var yanımda, niyə də o sözlər musiqiyə çevrilməsin axı”.

Qeyd edək ki, Rafael Dadaşov aktyor olmaqla yanaşı çox sayda şeirlərin də müəllifidir. Onun sözlərinə yazılmış musiqilər məşhur sənətkarların ifasında səslənib və hitə çevrilib.

Cəvahir

www.yenicag.az

483
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv