!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səidənin keçmiş fotosu “Instagram”ı BİR-BİRİNƏ VURDU: “Elə o vaxtdan lütlənmisən” - FOTO

!Reklam – Yazi

Müğənni Səidə Sultanın xanım həmkarları ilə birgə illər öncə çəkilən arxiv fotosu sosial şəbəkə izləyicilərinin təəccüb və marağına səbəb olub.

Yenicag.az xəbər verir ki, Səidə Xatirə İslam və Rəqsanə ismayılovanın 12 il əvvəl çəkilən fotosunu “Instagram” hesabında paylaşıb.

Sənətçi fotonu, “Məncə heç birimizdə elə bir dəyişiklik yoxdur. Yaxşı qalmışıq. Bir əmma odur ki, mənim qaşlarım çox nazikdir. İndi fikir verirəm ki, hamımızın qaşı nazikdir. O vaxt dəb imiş”,- şərhi ilə təqdim edib.

Foto bir çoxlarını təəccübləndirib. Xatirədən indi əsər-əlamət qalmadığını, Səidənin dəyişdiyini, bircə Rəqsanənin olduğu kimi qaldığını yazanlar daha çox olub.

Səidənin görünüşündən çox onun açıq-saçıq geyimi müzakirələrə səbəb olub. “Elə o vaxtdan lütlənmisən”, – deyə Səidəyə söz atanlar sanki yarışa giriblər.

Fotonu təqdim edirik:

Nehru

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv