!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkər xəstələri kritik durumda - İnsulin tapılmır? - RƏSMİ CAVAB

!Reklam – Yazi

Azərbaycanda insulin preparatının tapılmaması ilə bağlı məlumatlar yayılır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən xəstələr insulinin onlara 3-4 aydan bir verildiyindən şikayət edirlər. Bu isə xəstələrin narazılığına səbəb olur.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxladıq. Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, yayılan məlumat həqiqəti əks etdirmir:

“Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayyinələrin) həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatların verilməsi qanunla tənzimlənir. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydası”nın təsdiq edilməsi haqqında 13 may 2005-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 87 nömrəli qərarına əsasən insulin və digər şəkərsalıcı dərman preparatları ilə təminat hər ay həyata keçirilir. Qanda şəkəri təyin etmək üçün vizual test-çubuqlar isə 3-4 aydan bir verilir”.

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv