!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şəkər xəstəliyi və xərçəng tez “dostlaşır”” – Tanınmış onkoloqdan çıxış yolları…

!Reklam – Yazi

Şəkər xəstəliyi və xərçəng… Zəmanəmizin ən bu kabus xəstəlikləri barədə danışmaq elə də asan deyil. Amma fakt odur ki, bu gün diabet və xərçəng xəstəliyi çox geniş yayılıb.

Artıq uzun illərdir ki, şəkər və xərçəng xəstəliyinin əlaqəsi alimlərin diqqətini çəkmiş və araşdırılmağa başlanılmışdır. Xəstələr üzərində aparılan müxtəlif çalışmaların meta-analizi nəticəsində müəyyən olunmuşdur ki, diabetli xəstələrdə xərçəng olma riski diabet olmayan insanlarla müqayisədə 2 dəfə yüksəkdir. Bəs bu zaman hansı orqanlar daha çox zədələnir? Şəkər xəstələri hansı tədbirləri görməlidirlər?

Suallarımıza tanınmış Leyla Medical Centr-in onkolojı şöbəsinin müdiri Tibbi Onkoloq Aliyə Aslanın çox maraqlı cavabları var:

“Əsrin bəlasından danışarkən deyim ki, hər bir xəstəlik bizim keçirdiyimiz həyat tərzimizi əks etdirir. Yəni necə qidalanıb, necə yaşayırıqsa, eləcə də xəstələnirik. O ki, qaldı diabetlə xərçəngin “dostluğuna” onlar bir-biri ilə çox tez “dil tapırlar”. Və bu zaman daha çox qaraciyər, mədəaltı vəz və qadınlarda endometrium xərçəngi əmələ gəlir. Diabetli xəstələr risk faktorlarını nəzərə alaraq, insulin rezistentliyinin qarşısını almaq üçün çəkilərinə nəzarət etməli, düzgün qidalanmalı, aclıq və toxluq şəkərlərinə nəzarət etməli, idmana xüsusi önəm verməlidirlər. Bəzən kimya terapiya almış diabet xəstələrinə hormon müalicəsi də təyin olunur. Bu da öz növbəsində onlarda şəkərin miqdarının artmasına gətirib çıxarır. Buna görə də diabet xəstələri çox ehtiyatlı olmalı, hər addımda mütəxəssislə məsləhətləşməlidirlər. Ən yaxşı müalicə isə təmiz hava, yaxşı qida, bol oksigendir. Çünki çoxlu hərəkət həm şəkəri parçalayır, həm də xərçəng hüceyrələrinə mənfi təsir göstərir.

 

www.yenicag.az

341
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv