!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkərli diabet yaradan SƏBƏBLƏR: Bu insanlar xəstəliyə daha tez tutula bilər

!Reklam – Yazi

“Şəkərli diabet xəstəliyini yaradan səbəblərdən biri genetik və ətraf mühit, irsi-yaxın və uzaq qohumlarda şəkər xəstəliyinin olması faktorlarıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında şəkərli diabet xəstəliyini yaradan səbəblər və düzgün müalicə üsülü haqda danışan endokrinoloq Lalə Şamxalova deyib.

Onun sözlərinə görə, şəkərli diabet xəstəliyini yaradan bir çox səbəb mövcudur.

“Şəkərli diabet xəstəliyini yaradan səbəblərdən biri genetik və ətraf mühit, irsi-yaxın və uzaq qohumlarda şəkər xəstəliyin olması faktorlarıdır. Eyni zamanda, stress, qorxu və həyəcanın olması da səbəblər sırasına daxil edilə bilər. Bəzən hamiləlik zamanı əmələ gələn gestasyonel diabet, artıq çəki, dünyaya çəkisi 4 kq-dan çox olan uşaq gətirənlər xanımlar da bu xəstəliyə məruz qala bilərlər”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, şəkərli diabet xəstəliyinin müalicəsinin əsasında doğru qidalanma durur.

“Şəkər xəstəliyinin müalicəsində bir çox nüansa diqqət yetirmək lazımdır. Şəkərli diabet xəstəliyinin müalicəsinin əsasında doğru qidalanma durur. Az yemək, qaynadılmış qidalardan istifadə etmək daha məqsədəuyğundur. Bəzən şəkərli diabet xəstəliyi olan insanlarda “ac qalaramsa, şəkərim düşər” kimi fikirlər formalaşa bilir. Lakin ac qalmaq doğru qidalanma və doğru müalicə üsulu hesab olunmur. Bunun üçün aktiv həyat tərzi olmalıdır. Lakin aktiv həyat tərzi dedikdə gün ərzində işlə əlaqədar edilən hərəkət və ya ev işləri ilə məşğul olmaq aktivlik sayılmır, hər gün dayanmadan azı bir saat gəzintinin olması nəzərdə tutulur”, – deyə o yekunlaşdırıb.

İsmayıl Bakuvi

www.yenicag.az

276
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv