Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəkidə dəhşətli qətl - 1-ci qrup əlil öldürüldü - HƏBS

Şəkidə 1-ci qrup əlili öldürən şəxs saxlanılıb.

Yanvarın 29-da saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb, müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. O. Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək./Report/

Loading...

www.yenicag.az

1180
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100