!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidə toyda kütləvi zəhərlənmə oldu

!Reklam – Yazi

Şəki şəhərində toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, rayonun Şin kəndində keçirilən toyda qidadan zəhərlənmə şübhəsi ilə 7 nəfər Şəki Şəhər Mərkəzi Xəstəxanasına müraciət edib.

Həmin şəxslərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Trend-ə faktı təsdiqləyib. M.Mənsimov bildirib ki, hadisə ilə bağlı şadlıq sarayına baxış keçirilib, istifadə olunan qidalardan nümunələr götürülərək ekspertizaya göndərilib. Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv