!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəkidən dəhşətli xəbər gəldi: Ölənlər var

!Reklam – Yazi

Şəkidə baş verən ağır yol qəzasında biri azyaşlı olmaqla iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yenicag.az xəbər verir ki, 1978-ci il təvəllüdlü Balakən rayon sakini Nazim Umarhacı oğlu Umarov idarə etdiyi “Reno Loga” markalı 99 VG 782 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən 1993-cü il təvəllüdlü Azər Əli oğlu Murtuzov və Şəki rayonu Suçma kənd sakini 2019-cu il təvəllüdlü Sədəf Dilqəm qızı Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Sürücü Nazim Unarov, qəza zamanı həyatını itirən azyaşlı Sədəfin atası 1990-cı il təvəllüdlü Dilqəm Vəli oğlu Seyidəliyev və 2001-ci il təvəllüdlü Beyləqən rayon sakini Əşrəf Zöhrab oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri qəza zamanı avtomobildə sıxışıb qalan yaralıları və həlak olanların meyitlərini çıxararaq həkim briqadasına təhvil verib.

Yaralılar müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv