!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Səkkiz il sonra Azərbaycan çempionatı oyununu qadın hakim idarə etdi

!Reklam – Yazi

Azərbaycan I Divizionun XXIX turu ilklə əlamətdar olub.

Yenicag.az Peşəkar Futbol Liqasının yaydığı məlumata istinadən xəbər verir ki, mövsümdə ilk dəfə oyunun baş hakimi qadın referi olub. Bu, “Qarabağ-2” – “Turan Tovuz-2” görüşündə baş verib.

Binə qəsəbə stadionundakı matçı Fəridə Lütfəliyeva idarə edib. Bu qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Cəmi 1 sarı vərəqə ilə kifayətlənən xanım baş hakimin köməkçiləri də zərif cins nümayəndələri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə olublar.
Azərbaycan çempionatının I Divizionunda qadın baş hakim son 8 mövsümdə ilk dəfə meydana çıxıb. Sonuncu belə hadisə 2014/15 mövsümündə yaşanıb.

8 il 1 gün öncə – 2015-ci il mayın 15-də “Ağsu” – “Göyəzən” matçında (4:0) ədaləti Venera Kahriç qoruyub. Ağsu şəhər stadionundakı oyunda onun başçılıq etdiyi briqadada 2 xanım hakim də yer alıb. Baş hakimin köməkçilərindən biri Maya Nəbiyeva olub. Dördüncü hakim funksiyasını isə 8 il 1 gündən, yəni 2923 gündən sonra meydana yeni ampluada – baş hakim kimi çıxan Fəridə Lütfəliyeva yerinə yetirib.

www.yenicag.az

255
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv