!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səkkiz yaşlı qız darvazanın altında qaldı

!Reklam – Yazi

Qusarda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, hadisə ötən gün rayonun Samur qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini həyətindəki fərdi təsərrüfata traktorla ot tayları gətirərkən taylardan biri qoşqudan düşərək həyətin girişindəki darvazanı aşırıb. Aşan darvaza orada dayanmış 2014-cü il təvəllüdlü qızın üstünə düşüb.

Traktor hərəkət edərək həyətə daxil olduqdan bir neçə dəqiqə sonra 8 yaşlı uşağın yaxınları onu tapa bilməyib. Az sonra qızın aşan darvazanın altında qalaraq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

www.yenicag.az

236
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv