!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şekspirin ilk küliyyatı rekord məblığı satıldı – Uğurlu hərrac / FOTOLAR

!Reklam – Yazi

İngilis dramaturqu Uilyam Şekspirin ilk külliyatı hərracda ədəbi əsərlər üçün rekord sayılan məbləğə alınıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Nyu-Yorkun “Sotheby’s” hərracında satışa çıxarılan Uilyam Şekspirin 1623-cü ildə nəşr edilmiş ilk külliyyatı 2,4 milyon dollara satılıb.

“Mister Şekspirin komediayaları, əhvalatları və faciələri” adlı külliyyata “Maqbet”, “On ikinci gecə”, “Tufan” kimi pyeslərlə birlikdə 36 əsər daxildir.

Mütəxəssislərin sözlərinə görə, qeyd olunan nəşrin 750 nüsxəsindən günümüzə qədər cəmi 232-si çatıb və onların çoxu müxtəlif muzeylərdə saxlanılır, o cümlədən şəxsi kolleksiyalarda saxlanılır.

Külliyyat Şekspirin vəfatından 7 il sonra müasirləri Con Heminqs və Henri Kondell tərəfindən nəşrə hazırlanıb.

www.yenicag.az

655
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv