Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Seksual manyaklar üçün AĞIR CƏZA – Təcavüzə görə xədim ediləcəklər – VİDEO

Nigeriyada 14 yaşdan kiçik qızlara təcavüz edən kişilər xədim ediləcək.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriyanın Kaduna ştatında 14 yaşından kiçik qızlara təcavüz edən kişilər xədim ediləcək, qadınların isə uşaqlıq boruları kəsiləcək.

Əyalət qubernatoru bu qərarın təcavüzçülərin həbsə girib çıxdıqdan sonra yenə eyni cinayəti törətdikləri və həbs cəzasının yetərli olmadığı üçün qəbul edildiyini vurğulayıb.

“Xədim edilən şəxs eyni cinayəti bir daha təkrarlaya bilməyəcək” – deyə qubernator bildirib.

www.yenicag.az

2941