!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazandı

!Reklam – Yazi

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Yenicag.az xəbər verir ki, 20 yaşlı idmançı Milli Gimnastika Arenasında təşkil edilən yarışın finalında üçüncü yeri tutub.

O, qadınlar arasında fərdi yarışda 52.910 göstəriciyə imza atıb. Dünya Kubokunun qalibi braziliyalı Kamilla Qomes (54.860) olub. Fransalı Lea Labrusse (53.970) gümüş mükafata yiyələnib.

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə dünya kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.

Yarışın nəticələrinə əsasən, kişilər və qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə qaliblər və mükafatçılar müəyyənləşəcək. Bundan əlavə, ən yüksək xal toplayan iştirakçılar AGF Trophy ilə təltif olunacaqlar.

www.yenicag.az

380
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv