Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Selcan olayının ifşa etdiyi “Trol kapellası” - Fuad Qəhrəmanlının ifşa olunan “qəhrəmanlığı”

Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin artıq sabiq olan müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlərin açığa çıxması ilə ölkə gündəmi bu mövzunun cənginə keçib. Tam iki gündür, sosial şəbəkələrdə və media orqanlarında bu barədə ard-arda statuslar, materiallar yayımlanır.

Fuad Qəhrəmanlının Avropada təhsil alan qızı Selcan “Facebook” vasitəsilə atasının anasına və övladlarına qarşı yumşaq desək, despotik hərəkətlərini açıqlayaraq, ondan imtina etdiyini bildirdi.

Selcan mənsub olduğu ailədə yaşanan zorakılığı, atasının onlarla yolverilməz davranışını sosial şəbəkə vasitəsilə ictimailəşdirməyin çox çətin addım olduğunu vurğulayıb. Ancaq bu vəziyyətə daha dözə bilmədiyini, kənardan “ailəcanlı” insan kimi görünən atasının gerçək mahiyyətini göstərmək zərurətini qəbul etdiyini yazıb.

Yəni məsələnin kökündə ailə başçısının xanımı ilə övladlarına qarşı yol veridyi daimi zorakılıq və bunun əleyhinə etirazdan qaynaqlanan bir qərar var. Selcan uzun müddət kənara çıxmasını doğru bilmədiyi “ailə gizlinləri”ni üzə çıxarıb.

Normalda Selcanın bu açıqlamasından sonra başlayacaq müzakirələrin mərkəzində ailədaxili zorakılıq və şiddət, belə davranışların yolverilməzliyinə çağırış və qınaq olmalı idi. Bəs bunun əvəzində nəyi müşahidə etdik?

Öncə Qəhrəmanlı bir status paylaşaraq, Selcannın “profilinin oğurlandığını, orada yazılanlara inanmamağı” məsləhət gördü. Onun bu qeydindən sonra eyni vaxtda komanda verilmiş “trol ordusu” “Facebook”a daraşaraq, Selcanın məlum statusunu “hakimiyyətin AXCP və Əli Kərimliyə qarşı növbəti əməliyyatı” olması qənaətini təlqin etməyə cəhd göstərdi. Onlar bir qədər də uzağa gedərək, “Selcan olayı”nı 28 sentyabr mitinqini pozmaq cəhdi adlandırdılar.

Hətta Qəhrəmanlının xanımı Zümrüd Yağmurun məsələyə münasibət bildirərək, “Selcanın arxasında dayandığını” bəyan etməsi də trolların hakimiyyət əleyhinə başladıqları kampaniyanı dayandırmaları üçün yetərli olmadı. Yeri gəlmişkən, Qəhrəmanlının digər övladı da anasi kimi, Selcana haqq verdiyini bəyan etdi.

Fuad Qəhrəmanlı üzləşdiyi total ictimai qınaq qarşısında AXCP sədrinin müavini vəzifəsindən istefa verdi. Əksəriyyət belə hesab edir ki, bu, indiki situasiyada onun ata biləcəyi ən doğru addımdır.

Lakin Əli Kərimlinin idarə etdiyi trollar həmin əksəriyyətin tərkibində deyillər. Adamlar yenə hakimiyyətin hədəf seçildiyi eyni “nəqarət”i təkrar-təkrar “oxumaqdadırlar”. Halbuki normal məntiqlə onlar hər kəsə prossesin başından bəri yalan danışan Qəhrəmanlını qınamalı idilər. Avqust ayında Zümrüd Yağmur məhkəməyə müraciət etdiyi və sırf ailəiçi şiddətdən digər qızını qorumaq üçün öz himayəsinə götürməyə çalışdığı halda “qızımın profili oğurlanıb” yalanının arxasına sığınanı hansı zəka qoruyar? Özünü demokrat adlandırıb, ABŞ-ı özlərinə qiblə seçənlər unudurlar ki, Amerika xalqı prezident Klintonu məhz xalqa yalan danışdığına görə, cəzalandırdı, Monika ilə eşq yaşaması problem deyildi.

Fanatlığın xroniki şəkli zombilikdir. Müdafiə etdiyinin qızını təhqir etmək də əslində elə zombiliyin əlamətidir…

www.yenicag.az

1527