!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səlcuq Bayraktar azərbaycanlı məzunlar və şəhid ailələri ilə görüşdü - FOTO / VİDEO

!Reklam – Yazi

Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) təşkilatçılığı ilə Türkiyədə təhsil almış azərbaycanlılar və şəhid ailələriylə görüş keçirilib.

Yenicag.az xəbər verir ki, görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyənin “Baykar Makine” şirkətinin texniki direktoru Səlcuq Bayraktar, YTB sədri Abdullah Ərən iştirak edib.

Türkiyədə təhsil alan azərbaycanlıların sayı haqqında məlumat verən Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin sədri Abdullah Ərən Türkiyə məzunu şəxslərin dövlətin ictmai-siyasi həyatındakı rolundan danışıb.

Çıxış edən Komitə sədri Fuad Muradov YTB-nin türk dünyası arasında münasibətlərin genişləndirilməsindəki rolunu qeyd edib, bir sıra ölkələrin təzyiqlərinə rəğmən, türk dövlətəri arasında birliyin daha da möhkəmləndiyini bildirib.

Türkiyə səfiri Cahit Bağçı isə Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə parlamentləri tərəfindən təsdiq edilməsinin önəminə diqqət çəkərək iki ölkənin müdafiə sənayesi və enerji sahələrində əməkdaşlığında yeni səhifənin açıldığını vurğulayıb.

Daha sonra Səlcuq Bayraktar geniş təqdimatla çıxış edib, Türkiyənin müdafiə sənayesində mühüm yerlərdən birini tutan şirkətin keçdiyi yol haqqında danışıb.

Daha sonra jurnalistlərə açıqlama verən Səlcuq Bayraktar Azərbaycanda keçiriləcək “Texnofest” festivalı haqqında önəmli məlumatlar paylaşıb.

Görüş qarşılıqlı plaketlərin verilməsi və xatirə şəkillərinin çəkilməsilə sonlanıb.

www.yenicag.az

443
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv