!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səlim Müslümova verilən cəza bəlli oldu: 8 milyonluq əmlakı müsadirə ediləcək - YENİLƏNDİ

!Reklam – Yazi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi yekunlaşıb.

Yenicag.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, Səlim Müslümova 5 il sınaq müddəti təyin olunmaqla 11 il müddətinə şərti cəza verilib.

Bundan başqa, hökmə əsasən, sabiq nazirin 8 milyonluq əmlakı da müsadirə ediləcək.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. S. Müslümov iş üzrə dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonluq hissəsini ödəyib. İsrafetmə epozodu ilə bağlı isə ayrıca cinayət işi başlanıb.

www.yenicag.az

355
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv