!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səlim Müslümovun məhkəmə istintaqı yeniləndi

!Reklam – Yazi

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda istintaqın yeniləndiyi elan olunub.

Hakim Faiq Qəniyev deyib ki, məhkəmə tərkibinə daxil olan hakim İlham Mahmudovun təqaüdə çıxması ilə bağlı belə qərar qəbul edilib.

Sabiq nazirin vəkili Toğrul Vəliyev vəsatət qaldıraraq iş üzrə digər vəkil Ayxan Rüstəmzadənin iştirak etmədiyinə görə prosesin təxirə salınmasını xahiş edib.

Növbəti iclas 16 avqusta təyin edilib.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

S. Müslümov iş üzrə dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonluq hissəsini ödəyib.

İsrafetmə epozodu ilə bağlı isə ayrıca cinayət işi başlanıb./Qafqazinfo/

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv