!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səməndər Rzayevin qızından atasının məzarı ilə bağlı AÇIQLAMA: "Dünyasını dəyişmiş insanların ruhunu aşağılayanlar..." - FOTO

!Reklam – Yazi

Sosial şəbəkələrdə və yerli mediada mərhum aktyor Səməndər Rzayevin məzarının baxımsız olması ilə bağlı məlumat yayılıb.

Yenicag.az xəbər verir ki, məsələ bağlı qızı aktyorun qızı Rübabə Səməndər sosial şəbəkədə açıqlama yayıb.

O bildirib ki, bunlar yalan məlumatdır və əks olunan görüntülər montaj edilərək paylaşılıb.

“Budu ailəmin məzarı. Görün burda baxımsızlıqdan əsər- əlamət varmı?

Allah bunu düzəldib paylaşanların bəlasını versin. Bu qədər şərəfsizlik olmaz. Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mənim yaşadığımı yaşasın. Mənim kimi əzizləri yanaşı yatsın məzarda, bəlkə o zaman insafları qımıldanar. Amma inanmıram. Vicdanı, insafı, əxlaqı pul olanlar çətin dönüb insan olsun. Sadəcə Allaha tapşırıram belələrini”.

www.yenicag.az

419
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv