!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə 2 evdə yanğın oldu - Yaralı var

!Reklam – Yazi

Şəmkirdə iki ev yanıb.

Yenicag.az xəbər verir ki, hadisələr rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə ayrı-ayrı iki vətəndaşa məxsus evlərdə yanğın başlayıb. Dərhal hadisə yerlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.

Araşdırma zamanı  iki evdə baş verən yanğına qaz sızması səbəb olub. Bu zaman partlayış olan evə bitişik qonşu evdə də yanğın başlayıb. Partlayış zamanı 1946-ci il təvəllüdlü Şücayət  Novruzova müxtəlif bədən xəsarətləri alıb. Yaşlı qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hər iki evdə  baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürlüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv