!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə dəhşətli qətl - Bacanağını güllələyib, hadisə yerindən qaçdı - TƏFƏRRÜAT

!Reklam – Yazi

Şəmkir rayonunda 28 yaşlı gəncin qohumu tərəfindən qətilə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Yenicag.az-ın məlumatına görə, mayın 1-də Şəmkir rayon Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlu rayonun Yeni Həyat kənd ərazisində başının arxa hissəsindən odlu silahla açılan atəş nəticəsində qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan araşdırmalar nəticəsində hadisənin onun bacanağı olan, Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Etibar Binnət oğlu Süleymanov tərəfindən törədildiyi məlum olub və şübhəli şəxis qismində saxlanılıb.

“Report”un Qərb Mərkəzi qətllə bağlı bəzi təfərrüatları əldə edib. Belə ki, ailədaxili mübahisə səbəbindən E.Hümmətlinin həyat yoldaşı bir necə dəfə Yeni Həyat kəndində olan ata evinə gedib. Daha sonra qohumların və tanışların iştirakı ilə barışdırılıblar. İllərdir davam edən mübahisənin səbəbkarı olaraq isə tərəflər hər zaman bir-birlərini günahlandırıblar. Məişət probleminə çevrilən məsələ ailənin övlad sahibi olması ilə sakitləşsə də son bir neçə ayda yenidən gündəmə gəlib.

Mübahisəyə onun bacanağı E.Süleymanov da qoşulub. Hadisə günü E.Hümmətli Yeni Həyat kəndinə gedib. Orada bacanağı olan E.Süleymanov onunla görüşüb. Bu zaman Yeni Həyat kəndindən Yuxarı Seyfəli kəndinə gedən yolda E.Süleymanov üzərində olan, kustar üsulla düzəldilmiş silahdan istifadə edərək E.Hümmətlinin başının arxa hissəsindən bir güllə vuraraq onu qətlə yetirib.

Qeyd edək ki, əvvəllər tərəflər arasında pula görə də mübahisə düşüb.

Hadisə yaşayış evindən kənarda olub. Güllə səsi eşidən sakinlər əraziyə gəlib və məsələ ilə bağlı hər ikisinin yaxınlarına və aidiyyatı qurumlara məlumat veriblər.

E.Süleymanov hadisəni törətdikdən sonra ərazidən qaçsa da polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Qətlə yetirilən E.Hümmətli kənd və rayon ərazisində fəhləliklə məşğul olub. Hadisəni törədən şəxsin isə öncələr məhkumluq həyatı yaşadığı, kənddə təsərrüfatla məşğul olduğu bildirilir.

Qeyd edək ki, E.Hümmətli ilə həyat yoldaşının nikahından dünyaya gələn qız uşağının 2 yaşı var.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir./Report/

www.yenicag.az

1798
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv