Şəmkirdə əl qumbarası tapılıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) Şəmkir rayonu Bayramlı kəndi ərazisində təcili təxirəsalınmaz əməliyyat keçirib.

İyulun 31-i saat 11:48-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Şəmkir rayonu, Bayramlı kəndi ərazisində F-1 əl qumbarasının aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Bayramlı kənd yolunun kənarına baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar edilmiş 1 ədəd F-1 əl qumbarası götürülərək zərərsizləşdirilməsi üçün Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş əl qumbarasının ətrafında 100 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Yenicag.Az