Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəmkirdə evdə partlayış olub

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var. Hadisə İrmaclı kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Mərdanova Nazilə Tanrıverdi qızı yaşadığı evdə qaz sobasını yandırdığı zaman partlayış baş verib. Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan birinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan N.Mərdanovanın Bakıdakı aidiyyəti üzrə tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur. (APA)

Yeniçağ.az

www.yenicag.az

409