!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə iş adamına qarşı TƏZYİQ göstərilir? – DİN-dən AÇIQLAMA / VİDEO

!Reklam – Yazi

“Şəmkir rayon sakini Elnur Zeynalovun Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi fikirlərin əsassızdır və ictimai rəyi çaşdırmaq məqsədi daşıyır”.

Bunu DİN Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Yenicag.az-a açıqlamasında bildirib.

Eşqin Qasımov hadisənin təfərrüatını açıqlayıb:

“Fevralın 12-də Şəmkir RPŞ-nin əməkdaşları rayonun Çinarlı qəsəbəsində xidmət aparan zaman E. Zeynalovun övladı Məhəmməd Zeynalov idarə etdiyi “Leksus” markalı avtomobili saxlayaraq həmin ərazidə xidmət aparan Post Patrul Xidmətinin əməkdaşlarını heç bir səbəb olmadan nümayişkaranə şəkildə təhqir etmiş, polis əməkdaşları onu nizam-intizama dəvət etsə də o öz hüquqazidd əməllərini davam etdirərək oradan uzaqlaşmışdır. Polis əməkdaşları onun etdiyi hərəkətlərə görə rayon Polis Şöbəsinə dəvət etdiyi zaman M. Zeynalov təkrar olaraq polis əməkdaşlarının ünvanına qeyri-etik ifadələr işlətmişdir. Bu zaman o saxlanılaraq RPŞ-yə gətirilmiş, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535.1-ci(Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilərək məhkəməyə göndərilmiş və sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi avtomobil Dövlət Yol Polisi Bölməsinin müvəqqəti duracağına yerləşdirilib.

Qeyd etmək istəyirəm ki, özünü mötəbər iş adamı kimi mətbuata təqdim edən müraciət müəllifi Elnur Zeynalov 2020-ci ilin mart ayının 11-də Yevlax RPŞ-nin əməkdaşları tərəfindən polisin qanuni tələblərinə qəsdən tabe olmadığına görə, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci(Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilmiş, 200 manat miqdarında cərimə olunub. Ötən il fevralın 19-da Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə söyüş söyüdünə görə, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmiş və məhkəmənin qərarı ilə cərimə olunub.

Ötən il dekabrın 4-də Şəmkir Polis Şöbəsinə rayonun Çinarlı qəsəbəsində karantin qaydalarına zidd olaraq yas mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları həmin ünvana gəldikdə Elnur Zeynalov rəhmətə gedən şəxsin yaxın qohumu olduğunu bildirərək və sahibkar olduğunu qabardaraq hüzr mərasiminə gələn insanların saylarının çox olduğunu bildirib, lakin polis əməkdaşları tərəfindən yas mərasimi dayandırılaraq mərasim təşkilatçısı 200 manat miqdarında cərimə edilib . Eyni zamanda dekabr ayının 10-da həmən ünvanda təkrarən “7 mərasimi” keçirilib, yenə də həmin şəxs polislərə yaxınlaşaraq, onların nüfuzlu şəxs olduqlarını bildirərək polis əməkdaşlarına mane olmağa çalışıb. Bu dəfə də mərasim təşkilatçısı karantin qaydalarını pozduğuna görə 400 manat miqdarında cərimə edilib”.

E.Qasımov qeyd edib ki, bundan başqa ötən ilin dekabr ayının 14-də rayonun Keçili kəndində məskunlaşan məcburi köçkünlər Binnət Əkbərov və Nemət Əkbərov Şəmkir RPŞ-nin Kür polis bölməsinə müraciət edərək bildiriblər ki, qonşuluqda yerləşən balıqçılıq gölünün və fermanın sahibi Elnur Zeynalov mütamədi olaraq özünəməxsus balıqçılıq gölünün ərazisindən su və heyvanları aparmalarına görə onları silahla ölümlə hədələyir:

“E. Zeynalov şöbəyə dəvət edildikdə isə sonuncu sahibkar olduğunu qabardaraq özünə haqq qazandırmağa çalışıb və bununla da şikayətçilərin haqlı narazılığına səbəb olub. Onlar arasında baş vermiş münqaişələr bu gün də məhkəmə müstəvisində davam etdirilir!.

“Bu cür açıqlamalar hüquqazidd hərəkələrini davam etdirən Elnur Zeynalov və oğlu Məhəmməd Zeynalovun törətdikləri və gələcəkdə törədə biləcək digər hüquqazidd əməllərini pərdələmək niyyəti güdməkdən başqa bir şey deyil”, – deyə Q. Qasımov bildirib.

www.yenicag.az

1043
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv