!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə kişi həyat yoldaşını güllələdi

!Reklam – Yazi

Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini olan bir qadının odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Yenicag.az-a bildirib ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı hadisəni qadının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəmkir rayon sakini Əfsun Əhmədovun ov tüfəngi ilə yaralaması məlum olub.

Yaralı xəstəxanaya yerləşdirilib, cinayəti törətməkdə şübhəli bilinən şəxsin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv