!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdə oğurluqlar edən dəstə üzvləri tutuldu

!Reklam – Yazi

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kür qəsəbəsindəki fərdi yaşayış evlərindən və avtomobildən silsilə oğurluqlar etməklə zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxslər saxlanılıb.

Yenicag.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, rayon sakinləri Şəhriyar Muradov, qardaşı Cəsarət Muradov, İmamqulu Məmmədov, Rəsul Məmmədov, Musaməddin Namazov, Sənan Məmmədli və Ruslan İsmayılov cari ilin müxtəlif vaxtlarında vətəndaşlara məxsus mağaza, fərdi yaşayış evləri ə avtomobilləri qanunsuz yolla daxil olaraq oradan müxtəlif əşyaları oğurlayaraq satmış, əldə etdikləri pulu öz aralarında bölüblər. Şübhəli şəxslərdən 6 nəfəri maddi sübutların böyük əksəriyyəti ilə birlikdə saxlanılaraq istintaqa təhvil verilib.

 

www.yenicag.az

247
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv