www.sinerjipro.net

SinerjiProWide
Reklam

Şəmkirdə bir neçə gün əvvəl sərnişin tərəfindən bıçaqlanan sürücü yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Yeniçağ.Az xəbər verir ki, yanvarın 17-də Şəmkir rayonun Seyfəli kəndi ərazisində sərnişin tərəfindən bıçaqlanan Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü Babayev Namiq Əli oğlu yerləşdirildiyi Gəncə şəhərindəki özəl xəstəxanaların birində dünyasını dəyişib.

Xatırladaq ki, N. Babayev yanvar ayının 17-də Seyfəli kəndinə apardığı sərnişini tərəfindən bıçaqlanıb və avtomobili qaçırılıb. Qaçırılan “VAZ-2107” markalı avtomobil isə Şəmkir rayon Seyfəli kənd sakini, avtimobil təmiri ilə məşğul olan, Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həm kəndlisi Eşqin Murtuzovdan aldığını bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. (Report)

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."