Reklam

Reklam

Şəmkirdə təcili tibbi yardım maşını qəzaya düşüb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndinə gedən yolda qeydə alınıb. Çaparlı kənd sakini Tural Məmmədov Keçili kəndində evdə təmir işləri aparan zaman partlayış baş verib və o, yanıq xəsarətləri alıb. Bununla bağlı təcili yardım çağırılıb. T.Məmmədovu xəstəxanaya aparan təcili tibbi yardım avtomobili yolda rayon sakini 1963-cü il təvəllüdlü Cəfərov Hüseyn Məcid oğlunun idarə etdiyi “Qaz 31” markalı avtomobillə toqquşub. Qəza zamanı H. Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yanıq xəsarəti alan T. Məmmədov Gəncədə olan özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1098
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."