!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şəmkirdəki qumbara hadisəsinin təfərrüatı bəlli oldu

!Reklam – Yazi

Şəmkirdə “VAZ 2105” markalı avtomobildə qumbara partlaması ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə nəticəsində yaralanan Heydərov Nəsib Yusif oğlu ilə Qarayev Binnət Həsən oğlu arasında bir müddət öncə borc üstündə anlaşılmazlıq yaşanıb.

İlkin məlumata görə, Nəsib Heydərov Binnət Qarayevdən pulunu tələb edib.

Bu gün isə B.Qarayev N.Heydərovu görüşə çağırıb. Müəyyən olunan yerə gələn tərəflər arasında mübahisə yaşanıb və məlum hadisə baş verib.

Hazırda hər iki şəxs Gəncə şəhər Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib və onların vəziyyəti ağırdır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma başlanılıb.

www.yenicag.az

262
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv