Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şəmkirli gənclər arasında oxu mədəniyyəti təbliğ olunub

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Milli-mənəvi dəyərlərin öyrənilməsində oxu mədəniyyətinin rolu” adlı layihənin icrası davam etdirilir.

Yenicag.az xəbər verir ki, layihə çərçivəsində növbəti tədbir bu gün Şəmkir şəhərində baş tutub.

Tədbirdə yerli hakimiyyət orqanlarının nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, yeniyetmə və gənclər iştirak ediblər.

Şəmkir rayon Gənclər və idman İdarəsinin rəisi Emin İsmayılov qloballaşma çağında milli-mənəvi dəyərlərin təbliğinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. İsmayılov sözügedən layihənin icrasının bu prosesə layiqli töhfə verəcəyinə əmin olduğunu söyləyib.

Şəmkir rayon İcra Hakimiyyəti başçısı aparatının baş mütəxəssisi Tural Əliyev təmsil etdiyi qurumun vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Qeyd edib ki, dövlət qurumları ilə yanaşı, QHT-lərin, tanınmış ictimai şəxslərin milli-mənəvi dəyərlərin təbliğində iştirak etməsi təqdirəlayiq haldır.

Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycanda gənclər siyasətinin uğurla həyata keçirildiyini bildirib. Natiq qeyd edib ki, bu siyasətin reallaşmasında Gənclər Fondunun xüsusi rolu var.

Pənəliyev yeniyetmə və gənclər arasında oxu mədəniyyətinin təbliğinin zamanın tələbi olduğunu deyib. Bildirib ki, yalnız geniş mütaliə imkanlarına malik olan gənclər milli-mənəvi dəyərlərin qorunmasına töhfə verə bilərlər.

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə yalnız mütaliə yolu ilə intellektual cəmiyyətə çevrilməyin mümkün olduğunu bildirib. Qeyd edib ki, təkcə rəsmi strukturlar deyil, bütövlükdə cəmiyyət özü yeniyetmə və gənclər arasında oxu vərdişlərinin formalaşmasına səy göstərməlidir.

Loading...

www.yenicag.az

2106
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100