!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sən Allah, lazım deyil, Qarabağ bəsdir, Ermənistana diqqət ayırma" - Erməni ekspert

!Reklam – Yazi

“Qarabağla qurtardıq, Ermənistana diqqət ayırın”. 

Yenicag.az erməni mediasınaistinadla xəbər verir ki, bunu Nikol Paşinyan dünən parlamentdə deyib. O, “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın Ermənistan hökumətinin Qarabağla bağlı planları barədə sualını cavablandırıb.

“Mənim problemim Ermənistan Respublikasının gələcəyidir, diqqətimi bu problemə yönəldirəm”, – Paşinyan cavab verib.

Ermənistanın media eksperti Asmik Babacanyan Nikol Paşinyanın sözlərinə belə şərh edib:

“Bir vaxtlar o, diqqətini Qarabağa cəmləyib, Şuşada rəqs edib, meydanlarda qışqırıb “Qarabağ Ermənistandır, vəssalam” deyib. Diqqətini o qədər Qarabağa cəmlədi və bütün intellektual potensialını Qarabağa topladı ki, indi Qarabağ yoxdur, boşalıb və Azərbaycan dilində təkrar edir ki, Qarabağ Ermənistana aid deyil.

Əsas diqqət Ermənistana yönəlib. Qarabağa diqqətinizi artıq hiss etdik, kifayətdir. Qarabağ artıq boşaldılıb, erməni dəyərləri külə dönüb, erməni işığı yoxdur. Ermənistana, xüsusən də Ermənistanın gələcəyinə diqqətv ayırmayın və Ermənistandakı ermənilərin də işığını söndürməyin. Kosmik peykinizi buraxın, Ermənistanı və onun gələcəyini sakit buraxın. Siz kosmos yerdən uzaq olduğu qədər erməni xalqından və Ermənistandan uzaqsınız. Qarabağ bəsdir, Ermənistana fikir verməyin.

İnsan konsentrasiyadan xeyirxah məqsədlər üçün istifadə edir, ölkənin və cəmiyyətin mənafeyi üçün güclənir. Bu günə kimi diqqəti Ermənistana yönəltməkdən danışan şəxs öz konsentrasiyası ilə Qarabağı məhv etdi, Ermənistan böyük ərazi itkiləri verdi, hərbi texnika təslim oldu, ordu zəiflədi, biabırçı təhlükəsizlik vəziyyəti yarandı, kapitulyasiya və sair…

Qarabağ kifayətdir, Ermənistanı unudun. Sizin konsentrasiyanız şər üçün istifadə olunur. Diqqət ayırma. Qarabağ təslim olandan sonra onun haqqında danışmaq belə istəmirsənsə, Ermənistanla da eyni şeyi edəcəksən… Sən Allah, lazım deyil, diqqətini ayırma”.

Xuraman Etibarlı

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv