Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Sən ölmədin ki…” – Şəhidimizə bacısından ad günü təbriki

Bu gün şəhidimiz Əliyev Pərvin Vüqar oğlunun ad günüdür. Vətən müharibəsinin ilk günlərində düşmənin təcavüzünün qarşısını qəhrəmanlıqla alan Vüqar 23 yaşını doldurdu və təbii ki, bütün şəhidlər kimi əbədi yaşayacaq…

Yenicag.az xəbər verir ki, şəhid Vüqar Əliyevin bacısı Nazilə Əliyeva qardaşının ad günü ilə bağlı PİA.az-ın Whatsapp” ünvanına  məktub göndərib.

“Bu gün 23 yaşın oldu qardaşım. Səni təbrik edirəm. Qələbəni bizə dadızdırdığına görə də sənə təşəkkür edirəm.

Sənin artıq olmadığına isə mən inanmıram. Bir ay əvvəl qara xəbərini alan da inanmamışdım, bu gündə inanmıram. Sən varsan və həmişə də olacaqsan. Bunu başqa cür təcəvvür etmək mümkün deyil. Çünki sənin varlığını mən hər yerdə hiss edirəm.

Sən işğaldan azad olunan torpalarımızın üzərində əsən rüzgarsan. Murdar ermənilərin ayaq izlərini torpaqlarımızdan yuyan yağışsan. Sən o torpaqlara düşən toxum kimisən, sabah cücərib artacaqsan. Hər fəsildə cücərib böyüyəcək, bizə nəfəs verəcəksən.

Bilirəm ki, sən ölməmisən. Bilirəm ki, zəfərimizin sevincini yaşayırsan. Bilirəm ki, vüqarla dalğalanan bayrağımızı qürurla öpürsən. Son döyüşə getməmişdən əvvəl öpdüyün kimi…

Ad günün mübarək qardaşım”.

Qeyd edək ki, şəhid Vüqar Əliyev 2020-ci il sentyabrın 28-də ön cəbhədə qəhrəmanlıqla şəhid olub. O, 27 oktyabr 1997-ci ildə Beyləqn rayonu Qəhrəmanlı qəsəbəsində dünyaya gözünü açmışdı…

Şəhidlərə Allahdan rəhmət dilənməz. Çünki Allahın qarşısında biz onların rəhminə sığınırıq. Rəhmini üzərimizdən əskik etmə qəhrəman şəhidimiz!

www.yenicag.az

215